“Barselona” 70 milyon avroluq futbolçu ilə yeni müqavilə bağlayacaq

“Barselona”nın müdafiəçisi Pau Kubarsi klubu ilə yeni müqavilə bağlaya bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında imzalanacaq yeni anlaşma 2030-cu ilin ortalarına qədər qüvvədə olacaq.

Kubarsi “Barselona” futbol akademiyasının yetirməsidir. O, bu mövsüm 36 oyun keçirib, 3 qol vurub. 18 yaşlı müdafiəçinin kataloniyalılarla hazırkı müqaviləsi 2027-ci ilin iyununun sonunda başa çatacaq. Onun transfer dəyəri 70 milyon avro qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button