“Barselona” İspaniya millisinin 3 üzvünü birdən transfer etmək istəyir

“Barselona” heyətini İspaniya millisinin üç futbolçusu ilə gücləndirmək istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi yarımmüdafiəçilər Dani Olmo və Mikel Merinonu, həmçinin cinah hücumçusu Niko Uilyamsı transfer etməyi planlaşdırır. Uilyams “Barsa” ilə müqavilə imzalamağa yaxındır.

İspaniya yığması Almaniyada keçirilən turnirdə Avropa çempionu olub. Final matçında ispanlar İngiltərə millisi üzərində 2:1 hesablı qələbəni bayram edib. Bu görüşdə qollardan birini Uilyams vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button