“Barselona”nın futbolçusu meydana çıxmaqdan imtina etdi
“Barselona” İspaniya La Liqasının 12-ci turunda “Selta” ilə heç-heçə edib – 3:3.
Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Filippe Koutinyo bu oyunda meydana çıxmaq istəməyib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Braziliyalı futbolçu matça ehtiyat oyunçular skamyasında başlayıb. İkinci hissədə isinmə hərəkətləri edən Koutinyo, daha sonra meydana çıxmaqdan imtina edib.
“Barselona”nın müvəqqəti baş məşqçisi Sergio Barjuan matçdan sonra baş tutan mətbuat konfransında məsələ ilə bağlı bunları deyib:
“Mən kənarda olan futbolçulara və ya isinənlərə baxmıram. Mən oyunu izləyirəm və vacib olan da budur”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin