“Barselona” kanadalı hücumçunu transfer edə bilər

“Lill”in hücumçusu Conatan David mövsüm bitdikdən sonra komandasını dəyişə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yayda 25 yaşlı forvard uğrunda “Barselona” və “Vest Hem” yarışmağı planlaşdırır.

Daha əvvəl mediada Davidin Kataloniya klubuna keçmək istəyi ilə bağlı söz-söhbətlər yayılmışdı.

Kanadalı futbolçu bu mövsüm bütün turnirlərdə 38 matçda meydana çıxıb, 21 qol vurub və 10 məhsuldar ötürmə verib. Onun “Lill”lə müqaviləsinin müddəti gələn yaya qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button