“Barselona” Kundeni İngiltərə klubuna satmaq istəməyib

“Barselona”nın idman direktoru Deku “Mançester Siti”nin müdafiəçi Jül Kunde ilə maraqlandığını açıqlayıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, klubun fransalı futbolçunun satışında maraqlı olmadığını və heç bir rəsmi təklif almadıqlarını bildirib:

“Mançester Siti” bizdən soruşdu ki, Jül Kunde bazarda mövcuddurmu? Amma biz “xeyr” cavabını verdik. Heç bir rəsmi təklif və ya danışıqlar olmayıb”.

“Barselona” 2022-ci ildə Kunde üçün “Sevilya”ya 50 milyon avro ödəyib. 26 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 8 oyuna çıxaraq, 1 qol vurub və 1 məhsuldar ötürmə verib . Onun “Barselona” ilə müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button