“Amerikaya hər səfər bizə həm də gəlir gətirir” – “Barselona”nın prezidenti

“Barselona”nın prezidenti Xuan Laporta klubun ABŞ-da keçirəcəyi oyun vasitəsilə imicini gücləndirmək istədiyini deyib.

UEFA xüsusi icazə verərək, “Barselona” və “Vilyarreal”ın La Liqa çərçivəsində oyununu Mayamidə keçirməsinə razılıq göstərib. Matç dekabrın 20-də olacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbəri Mayamidə keçiriləcək oyunun regiondakı azarkeşləri üçün sevinc mənbəyi olduğunu bildirib:

“Bizim üçün Mayamidə oyun həm bu regiondakı azarkeşlərimiz üçün sevinc mənbəyidir, həm də Amerikada klubumuzun imicini inkişaf etdirməyin bir yoludur. Ora hər səfərimiz bizə həm də gəlir gətirir”.

La Liqanın son turunda digər komandalar bu matça etiraz əlaməti olaraq, oyunun başlanğıcında bir neçə saniyəlik hərəkətsiz dayanmışdılar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button