“Real Sosyedad”a 1 qol bəs etdi

Futbol üzrə İspaniya La Liqasında 30-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, 3 günü əhatə edəcək turun açılış matçında son 6 görüşdə qələbəyə həsrət qalan iki komanda – “Xetafe” və “Malyorka” üz-üzə gəlib. Meydan sahibləri bu oyunda minimal hesabla qalib gəliblər.

Madrid klubları da ilk oyun günündə meydana çıxıblar. “Selta”nın qonağı olacaq “Real” “el klasiko”dakı məğlubiyyəti unutdurmağa çalışıb və qələbə qazanıb.

La Liqada 5 oyunluq qələbə seriyası yaxalayan “Atletiko” isə ilk dövrədə səfərdə minimal hesabla məğlub olduğu “Alaves”i sınağa çəkib. Madrid təmsilçisi bu oyunda darmadağına sevinib.

Bazar günü beş qarşılaşma baş tutub. “Valensiya” – “Kadis” matçında qapılara qol vurulmayıb. Dörd qolun qeydə alındığı “Qranada” – “Rayo Valyekano” matçında da qalib müəyyənləşməyib. “Atletik” “Elçe”ni, “Betis” isə “Osasuna”nı məğlub yola salıb.

Turun mərkəzi matçı “Kamp Nou”da oynanılıb. 2022-ci ildə La Liqada məğlubiyyət tanımayan “Barselona” burada “Sevilya”nı qəbul edib. Qələbə təqdirində, Xavinin komandası 2-ci pilləyə yüksələ bilərdi. Kataloniya təmsilçisi bu matçdan da minimal hesabla qalib ayrılıb.

Turun son matçında “Real Sosyedad” doğma meydanda “Espanyol”la qarşılaşıb və son dəqiqə qolu ilə qalib gəlib.

İspaniya La Liqası, 30-cu tur

2 aprel

Xetafe – Malyorka 1:0
Qol
: Mayoral, 82.

Levante – Vilyarreal 2:0
Qol
: Morales, 69; 90+1.

Selta – Real 1:2
Qol
: Nolito, 52 – Benzema, 19-pen; 69-pen.

Atletiko – Alaves 4:1
Qol
: J.Feliks, 11; 82. L.Suares, 75-pen; 90 – Eskalante, 63.

3 aprel

Atletik – Elçe 2:1
Qol
: Berenger, 32. Vilyalibre, 86 – Xosan, 90+2.

Betis – Osasuna 4:1
Qol
: Xuanmi, 34; 45+1. Karvalyo, 82. Moreno, 88 – Budimir, 65.

Valensiya – Kadis 0:0

Qranada – Rayo Valyekano 2:2
Qol
: Molina, 67. Milya, 90+4-pen – Katena, 6. Qvardiola, 17.

Barselona – Sevilya 1:0
Qol
: Pedri, 72.

4 aprel

Real Sosyedad – Espanyol 1:0
Qol
: İsak, 90+6-pen.

Bombardir: Kərim Benzema (Real) – 22 qol.
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button