
“Barselona” ilə razılığa gəlib
“Liverpul”un hücumçusu Roberto Firmino klubunu dəyişməyə yaxındır.
Komanda.az “MailSport”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu bu yay azad agent kimi “Barselona”ya keçmək barədə razılığa gəlib.
Firmino 2015-ci ilin yayından “Liverpul”da çıxış edir. Onun klubla hazırkı müqaviləsi bu ilin iyununda başa çatır.
O, bu mövsüm bütün yarışlarda 33 oyuna çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin