“Barselona”dan ayrılan futbolçu rəsmən Yaponiya klubunda

“Barselona” ilə yollarını ayıran Tomas Vermalen karyerasını Yaponiyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, belçikalı müdafiəçi “Vissel Kobe” klubuna keçib. Bu barədə Yaponiya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Vermalen yeni klubunda 4 mömrəli formanı geyinəcək.

“Vissel Kobe”də “Barselona”nın sabiq futbolçuları Serxio Samper və Andres İnyesta forma geyinir.

2014-2019-cu illər aralığında “Barselona”da forma geyinən Vermalen, iyulun 1-dən azad agent idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button