“Barselona” narahatdır – Kroyffa görə

“Barselona”nın idman direktoru Jordi Kroyff klubla yollarını ayıra bilər.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, buna səbəb İngiltərə Premyer Liqa klublarının Kroyffun xidmətində maraqlı olmasıdır.

Keçmiş futbolçunun “Barselona” ilə sözləşməsi cari mövsümün sonuna qədər nəzərdə tutulub. Klub narahatdır ki, Kroyff ona edilən təkliflərdən birini qəbul edə bilər.

Kataloniyalılar hazırda İspaniya çempionatının turnir cədvəlində 72 xalla vahid liderdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button