Qətərlilərə “yox” dedi, Yaponiyaya gedir – “Barselona”dan ayrılan futbolçu
“Barselona” ilə yollarını ayıran Tomas Vermalen karyerasını Yaponiyada davam etdirə bilər.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, belçikalı müdafiəçi “Vissel Kobe” klubuna keçməyə yaxındır. Qətərin “Əl Ərəbi” klubu Vermalenə rəsmi təklif göndərsə də, 33 yaşlı müdafiəçi rədd cavabı verib. Vermalenin ilk seçiminin “Vissel Kobe” olduğu bildirilir.
“Vissel Kobe”də “Barselona”nın sabiq futbolçuları Serxio Samper və Andres İnyesta forma geyinir.
2014-2019-cu illər aralığında “Barselona”da forma geyinən Vermalen, iyulun 1-dən azad agentdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin