“Barselona” ilə müzakirələr apardıq, amma…” – “Yuventus” rəsmisi
İtaliyanın “Yuventus” klubunun idman direktoru Fabio Paratisi, adı komandayla yanaşı çəkilən “Barselona”nın futbolçusu Arturun mümkün transferi ilə bağlı açıqlama verib.
Komanda.az “Sky Sport İtalia”ya istinadən xəbər verir ki, klub rəsmisi, Arturun əvəzində Miralem Pyaniçin katalonlara qoşulması variantı ilə bağlı fikirlərini bildirib:
“Barselona” ilə müzakirələr apardıq, amma hazırda komandalar vacib oyunlar keçirir. Buna görə də, bu dövrdə hər şeyi təxirə salmağa qərar verdik. Bu, hansısa tarixlə bağlı problem deyil, tərəflərin və futbolçuların razılaşması ilə bağlıdır. Hər iki futbolçu bu anlaşmaya razı olmalıdır”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin