“Barselona” ilə birbaşa danışıqlara başladılar
“Mançester Yunayted” niderlandlı yarımmüdafiəçi Frenki de Yonq üçün “Barselona” ilə birbaşa danışıqlara başlayıb.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu Frenki de Yonq üçün 85 milyon avro istəyir. “Mançester Yunayted” danışıqlar zamanı transfer məbləğinin azaldılacağını gözləyir. De Yonqun özü isə “Barselona”da qalmağa ümid edir. Lakin İngiltərə klubu maliyyə problemlərini həll etməli olan kataloniyalılara təzyiq göstərməyi planlaşdırır.
Niderlandlı futbolçunun “Barsa” ilə müqaviləsi 2026-cı ilin iyun ayına kimi qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin