
“Barselona” iki futbolçusundan narazıdır
“Barselona” Çempionlar Liqasının son turunda “Brügge” ilə 3:3 hesablı heç-heçə edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu matçdan sonra sol cinahdakı problemlərdən ciddi şəkildə narahat olub. Komandanın müdafiəçiəsi Alexandro Balde rəqiblərinə çox yer buraxıb, cinah oyunçusu Markus Reşford isə kifayət qədər təzyiq göstərməyib və yetərincə müdafiə dəstəyi verməyib.
Bu halları nəzərə alanda, Rafinya Diasın “Barselona” üçün əhəmiyyəti daha da aydın olur. Braziliyalı futbolçu zədə səbəbindən son oyunları buraxıb.
Kataloniya klubu bu gün La Liqa matçında “Selta” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



