
“Barselona” 2 ildən sonra bu göstəricidə rəqibindən geri qaldı
“Barselona” “La Liqa”nın son turunda doğma meydanda “Elçe”ni 3:1 hesabı ilə məğlub edib.
Qalib komandanın heyətində qolları Lamin Yamal, Ferran Torres və Markus Reşford vurub. Qonaqların yeganə qoluna isə Rafa Mir imza atıb.
Maraqlıdır ki, Hans-Diter Flikin komandası bu görüşdə topa nəzarətdə rəqibinə uduzub – 49 faizə qarşı 51 faiz.
Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, “Barselona” La Liqa matçında son iki ildə ilk dəfə belə göstərici ilə üzləşib. Sonuncu dəfə bu hal 2023-cü ilin noyabrında qeydə alınmışdı.
Bundan əlavə, “Opta” şirkətinin statistikasına əsasən, “Elçe” tarixdə ilk dəfə La Liqanın debütantı kimi “Barselona”dan topa sahibolma faizində üstün olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



