“Barselona” icarəyə göndərir – “Tottenhem”in istədiyi futbolçunu
İspaniyanın “Barselona” klubu yarımmüdafiəçisini icarəyə göndərə bilər.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Karles Alena qış fasiləsində Kataloniya klubunu tərk edə bilər. Komandanın heyətində istədiyi qədər oynamaq şansı qazanmayan 21 yaşlı futbolçu, karyerasını başqa klubda davam etdirmək istəyir. “Barselona” rəhbərliyinin Alenaya ayrılmaq üçün icazə verdiyi və qış transfer dövründə icarəyə göndərəcəyi bildirilir.
Alena ilə “Tottenhem”in yaxından maraqlandığı deyilir.
İspan futbolçu cari mövsümdə “Barselona”nın heyətində bir oyunda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin