“Barselona” icarədə olan futbolçusuyla bağlı qərarını verdi
“Barselona” icarə əsasında “Betis”də çıxış edən yarımmüdafiəçisi Karles Alena ilə bağlı qərarını verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu 22 yaşlı futbolçunu cari mövsümün sonunda heyətə qaytarmağı planlaşdırır. “Barselona”nın baş məşqçisi Kike Setyenin futbolçunun xidmətində maraqlı olduğu və növbəti mövsümdə onu komandada görmək istədiyi bildirilir.
“Betis” icarə müqaviləsi yayda bitəcək futbolçunu komandada saxlamağı planlaşdırırdı.
Alenanın “Barselona” ilə müqaviləsi 2022-ci ilin iyulunadək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin