
Simeone: “Barselona” hücumda mükəmməldir”
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya kubokunun yarımfinal oyunu öncəsi “Barselona” haqda danışıb.
Komanda.az “Cadena Ser”-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis kataloniyalıların hücumda mükəmməl olduğunu deyib:
“Barselona” İspaniya çempionatında ən yaxşı və ən çox oynayan komandadır. Kataloniyalılar hücumda mükəmməldirlər və onların cari mövsümdəki nəticələri hər şeyi deyir”.
“Atletiko” ilə “Barselona” arasında kubok matçı fevralın 25-də keçiriləcək.
Madrid klubu İspaniya çempionatının turnir cədvəlində 2-ci, “Barselona” isə 3-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin