“Barselona” hücumçusunu itirdi

“Barselona”nın heyətində ciddi itki baş verib.

Komanda.az xəbər verir ki, İspaniya çempionunun hücumçusu Robert Levandovski sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Levandovski Polşa millisinin düşərgəsində zədələnib. 37 yaşlı forvardın ayaq əzələsində yırtıq aşkarlaşıb. Onun yaşıl meydanlara qayıdışı müalicə prosesindən asılı olacaq.

Levandovski bu mövsüm “Barselona”nın heyətində meydana çıxdığı 9 rəsmi matçda 4 qol vurub. Onun Kataloniya təmsilçisi ilə müqaviləsi gələn ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button