“Barselona” hücumçusu ilə müqaviləni ləğv etdi

İspaniyanın “Barselona” klubu futbolçusu Martin Breytveytlə yollarını ayırıb.

Komanda.az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı hücumçunun müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub.

Danimarkalı forvardın sözləşməsi 2024-cü ildə başa çatmalı idi.

Xatırladaq ki, Martin Breytveyt 2020-ci ildən “Barselona”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button