“Barselona” kanadalı hücumçu ilə maraqlanır
“Barselona” hücum xəttini gücləndirmək üçün prioritet varianta qərar verib.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, kataloniyalılar “Lill”də çıxış edən kanadalı hücumçu Conatan Davidlə maraqlanırlar.
25 yaşlı futbolçunun transfer dəyəri 45 milyon avro, hazırkı klubu ilə müqaviləsi isə bu ilin iyun ayının sonuna kimi nəzərdə tutulub. O, 2020-ci ilin avqustundan Fransa klubunda çıxış edir.
David Fransa çempionatının cari mövsümündə 20 oyun keçirib, 12 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin