“Barselona” 17 yaşlı futbolçu transfer etdi – rəsmi

“Barselona” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi “Las Palmas”dan Pedro Qonsales Lopesi (Pedri) transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 17 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalanıb.

Pedri “Las Palmas”la son mövsümdə 36 oyunda 4 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button