“Barselona” heç vaxt ən çox maaş verən klub olmayacaq”

“Barselona”nın yeni inşa edilən “Kamp Nou” stadionunda qadın komandasına ayrıca paltardəyişmə otağı ayrılacaq.

Bundan əvvəl klubun prezidenti Xuan Laporta arenanın artıq oyunları qəbul etməyə hazır olduğunu, yalnız şəhər şurasından icazə gözlədiklərini açıqlamışdı.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, qadın komandasının idman direktoru Mark Vives də klubun bu komandaya xüsusi diqqət ayıracağını vurğulayıb:

“Bizim hətta öz paltardəyişmə otağımız da olacaq. Bu, klubun qadın komandasına dəstəyini davam etdirəcəyini göstərir”.

Maliyyə vəziyyətinə toxunan Vives əlavə edib ki, “Barselona” heç vaxt ən çox maaş verən klub olmayacaq, amma hər zaman futbolçuların gəlib oynamaq istədiyi komanda olaraq qalacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button