“Barselona” Halanddan əl çəkmir
“Barselona” hələ də Erlinq Halandı transfer etməyi planlaşdırır.
Komanda.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, Kataloniya klubu gələn yay “Mançester Siti”nin norveçli hücumçusunu almaq üçün variantları nəzərdən keçirir.
“Barselona” polşalı hücumçu Robert Levandovskinin növbəti mövsümdə 70 matça çıxa bilməyəcəyinə inanır və komandada onun etibarlı əvəzedicisi yoxdur.
Haland da öz növbısində, kluba İngiltərə Premyer Liqası və ya Futbol Assosiasiyası tərəfindən sanksiya verilərsə, (“Mançester Siti” maliyyə qaydalarını pozmaqda ittiham olunur) “şəhərlilər”i tərk etmək istəyə bilər və “Barsa” onun üçün “Real”dan daha yaxşı variant olacaq. Çünkü onsuz da, “kral klubu”nda Vinisius Junior və Kilian Mbappe var.
24 yaşlı forvard cari mövsümdə bütün turnirlərdə 22 matçda iştirak edib, 18 qol vurub.
Bizi Facebook-da izləyin