
İspaniya klubu Kvaratsxeliyanın transferinə ümid edir
“Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya karyerasını İspaniya çempionatında davam etdirə bilər.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, “Barselona” hələ də gürcü oyunçu ilə müqavilə bağlamaqda maraqlıdır.
Kataloniya klubu üçün alternativ variant Portuqaliya millisinin və “Milan”ın vingeri Rafael Leaodur.
Kvaratsxeliyanın “Napoli” ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna qədərdir. O, cari mövsümdə 16 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin