“Barselona” Gündoğanı transfer edib

“Barselona” “Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğanı transfer edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu qarşıdakı mövsüm üçün artıq iki transferə imza atıb, Gündoğan və “Atletik”in müdafiəçisi İniqo Martinezlə müqavilə imzalanıb.

Müqavilələrin rəsmiləşdirilməsi “Barselona”nın maliyyə feyr-pleyi ilə bağlı problemləri səbəbindən gecikə bilər. Bu, daha çox Martinezin müqaviləsinə aiddir.

32 yaşlı Gündoğanın “Mançester Siti” ilə bu mövsümün sonuna qədər müqaviləsi var. O, bu mövsüm Premyer Liqada 26 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button