“Barselona” kolumbiyalı futbolçu ilə maraqlanır

“Liverpul”un vingeri Luis Dias növbəti dəfə “Barselona”nın transfer hədəfinə çevrilib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Atletik”dən Niko Uilyams üçün danışıqlarda uğursuzluğa düçar olan Kataloniya klubu indi Diasla maraqlanır.

Kolumbiyalı futbolçunun qiyməti 75 milyon avrodur, lakin “Barselona” bəzi oyunçularını müqaviləyə daxil etməklə təzminat məbləğini 60 milyona endirə bilər. 27 yaşlı yarımmüdafiəçinin “Barsa”ya keçidi kifayət qədər realdır.

Luis Dias 2022-ci ilin yanvarından “Liverpul”da çıxış edir. O, “qırmızılar”ın heyətində 98 matçda 24 qol vurub və 13 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button