
“Barselona” futbolçusunu İngiltərə klubuna satmaq istəyir
“Tottenhem”də icarə əsasında çıxış edən “Barselona”nın müdafiəçisi Kleman Lanqle İngiltərə klubuna birdəfəlik transfer oluna bilər.
Komanda.az “Football Espana”-ya istinadən xəbər verir ki, klublar fransalı futbolçunun 10-15 milyon avroya transfer variantını müzakirə edəcəklər.
27 yaşlı Lanqle 2018-ci ilin yayında “Sevilya”dan “Barselona”ya keçib. Bu mövsüm müdafiəçi “Tottenhem”in heyətində 7 matçda meydanda olub. Onun “Barsa” ilə müqaviləsi 2026-cı ildə başa çatır.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin