“Barselona” Fatini Premyer Liqa klubuna göndərmək istəyir
“Barselona”nın hücumçusu Ansu Fati icarə əsasında “Tottenhem”ə keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu futbolçunu 2024-cü ilin yayına qədər icarəyə verməyi planlaşdırır. “Barsa” 20 yaşlı ispaniyalı hücumçunun maaş xərclərini “Tottenhem”in üzərinə götürməsini istəyir.
Fati 2022/23 mövsümündə “Barselona”nın heyətində bütün yarışlarda 51 oyuna çıxıb, 10 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin