
“Barselona”nın futbolçusu Portuqaliya klubuna keçə bilər
“Barselona”nın yarımmüdafiəçisi Pablo Torre Portuqaliya çempionatına gedə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun transferində “Benfika” maraqlıdır.
Yarımmüdafiəçinin Kataloniya klubu ilə hazırkı müqaviləsi gələn ilin iyun ayının sonunda başa çatacaq. 22 yaşlı futbolçu son mövsümdə 14 matçda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



