De Yonqa yeni müqavilə təklif ediləcək
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq klubu ilə müqaviləsini uzatmağa yaxındır.
Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, kataloniyalılar 26 yaşlı niderlandlı futbolçu ilə müqaviləni uzatmaq niyyətindədirlər.
Daha əvvəl “Mançester Yunayted”in futbolçunu transfer etmək istədiyi bildirilirdi.
De Yonq 2019-cu ilin yayında “Ayaks”dan “Barselona”ya keçib. O, bu mövsüm meydana çıxdığı 6 matçda 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin