Kunde ilə yeni müqavilə imzalanacaq – Müddəti məlumdur

“Barselona”nın müdafiəçisi Jül Kunde yaxın günlərdə Kataloniya təmsilçisi ilə yeni müqavilə imzalayacaq.

Komanda.az xarici Kİ-ə istinadən xəbər verir ki, müqavilənin hüquqi tərəfi artıq təsdiqlənib, yalnız bir neçə texniki məsələ qalıb.

Bütün sənədlər tamamlandıqdan sonra 26 yaşlı futbolçu 2030-cu ilin iyununa qədər “Barselona” ilə əməkdaşlığını davam etdirəcək.

Fransalı futbolçu son mövsümdə bütün turnirlərdə 53 oyunda meydana çıxıb, 4 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button