“Barselona” futbolçusu ilə bağlı qərar verib
“Barselona”nın müdafiəçisi Serji Roberto klubda qala bilər.
Komanda.az “Todofichajes” portalına istinadən xəbər verir ki, klub rəhbərliyi ispaniyalı futbolçunu növbəti mövsümdə saxlamağa hazırlaşır.
32 yaşlı futbolçunun kataloniyalılarla hazırkı müqaviləsi bu il iyunun sonunda başa çatır. Roberto 2013-cü ildən “Barselona”da çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin