Fermin Lopes “Barselona”dan bir halda gedə bilər

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes İngiltərə Premyer Liqası və Səudiyyə Ərəbistanı çempionatı klublarının maraq dairəsindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, lakin Kataloniya klubu oyunçusu ilə ayrılmamaq qərarına gəlib. Lopesin “Barselona”nın paltardəyişmə otağında yaxşı reputasiyası olduğu və baş məşqçi Hans-Diter Flikin etimadını qazandığı bildirilir. Futbolçunun komandanı tərk etməsinə o halda icazə veriləcək ki, o, özü rəhbərlikdən bunu xahiş etsin.

İspaniyalı yarımmüdafiəçi son mövsümdə start heyətində sabit oyunçu olmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button