“Barselona” onunla müqaviləni ləğv etmək istəyir

“Barselona” müdafiəçisi Serjinyo Destlə müqaviləni ləğv edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu üçün heç bir klubdan təklif gəlməsə, kataloniyalılar müqaviləni ləğv etməyə hazırdırlar.

ABŞ millisinin üzvünün klubla müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulub.

Dest 2020-ci ildən “Barselona”da çıxış edir. O, ötən mövsüm “Milan”da icarə əsasında forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button