“Barselona” 80 milyon avro qazanmağı planlaşdırır
“Barselona” bəzi futbolçularını 80 milyon avroya satmağı planlaşdırır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kataloniyalılar Erik Qarsiya, Andreas Kristensen, Pablo Torre və Frenki de Yonqla yollarını ayırmaq istəyir. Klub, yaxşı təklif gələrsə, hücumçu Ansu Fatini də satmağa hazırdır.
Daha əvvəl “Mançester Yunayted”in hücumçusu Markus Reşfordun qışda “Barselona”ya keçə biləcəyi barədə xəbərlər yayılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin