“Barselona” futbolçuları ilə razılığa gəldi – RƏSMİ

Koronavirus pandemiyasına görə ciddi maliyyə problemləri ilə üzləşən “Barselona” nəhayət ki, futbolçuların və məşqçilərin maaşlarını azaltmağa nail olub.

Komanda.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə ciddi sıxıntılarla üzləşən klubun önəmli bir addım atdığı diqqətə çatdırılıb. Belə ki, Kataloniya təmsilçisi bu mövsüm futbolçu və məşqçi heyətinin maaşından bütövlükdə 122 milyon avro “kəsəcək”. Azalan gəlirləri maaş endirimi ilə sığortalamağa çalışan “Barselona” artıq bununla bağlı həm oyunçularla, həm də məşqçilərlə razılığa gəlib. Klub daha 50 milyon avroluq məbləğin də qarşıdakı 3 il ərzində hissə-hissə ödəniləcəyini açıqlayıb.

Qeyd edək ki, daha öncə 271 milyon avroluq borcu olan “Barselona”da bu məbləğ pandemiyadan sonra 488 milyon avroya çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button