“Barselona” fransalı futbolçunun xidmətində maraqlıdır

PSJ-nin vingeri Bredli Barkolanın karyerasını İspaniya çempionatında davam etdirmək variantı var.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin transferində “Barselona” maraqlıdır.

Fransalı futbolçunun transfer dəyəri 70 milyon avro qiymətləndirilir. Onun parislilərlə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin iyununda başa çatacaq.

Barkola Fransa çempionatının cari mövsümündə 28 oyun keçirib, 13 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button