“Barselona” fransalı hücumçu ilə maraqlanır

“Çelsi”nin hücumçusu Kristofer Nkunku karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az “Deadlinedaylive”-ə istinadən xəbər verir ki, “Barselona” 27 yaşlı futbolçunu mövsümün sonunda komandadan ayrılması mümkün olan Fermin Lopesin alternativi kimi nəzərdən keçirir.

Kataloniyalıların marağı realdır, ancaq hələ rəsmi təklif təqdim olunmayıb. Fransalı forvardın “Çelsi” ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Nkunku London təmsilçisində gözlənilən səviyyədə çıxış edə bilmir, əsasən zədələr səbəbilə az oyun keçirib və rotasiyada arxa planda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button