Fliklə bağlı qərar verilib

“Barselona” komandanın baş məşqçisi Hans-Diter Fliklə bağlı planları barədə qərar verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi almaniyalı mütəxəssislə əməkdaşlığı 2027-ci ilin ortalarına qədər uzatmağa hazırlaşır.

Flikin hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.

“Barselona” son matçında doğma stadionunda “Selta” üzərində 4:3 hesablı qələbəni bayram edib. Komanda La Liqa, Kral kuboku və UEFA Çempionlar Liqasında titullar uğrunda mübarizə aparır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button