“Barselona” Fliklə anlaşıb

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik klubla yeni müqavilə imzalamağa razılıq verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında əməkdaşlığın 2027-ci ilə qədər uzadılması barədə razılıq artıq əldə olunub.

Bu razılaşma hələ apreldə baş tutub. Müqavilənin rəsmi şəkildə mövsümün sonunda elan olunacağı gözlənilir. Bildirilir ki, klub yalnız La Liqada çempionluğu təmin etdikdən sonra sözügedən xəbəri ictimaiyyətə açıqlayacaq.

Hazırda Flikin “Barselona” ilə qüvvədə olan müqaviləsinin müddəti 2026-cı ilin ortalarınadək nəzərdə tutulub. Komanda almaniyalı mütəxəssisin rəhbərliyi ilə ilk mövsümündə İspaniya superkuboku və kubokunu qazanıb, həmçinin, La Liqada çempionluğa çox yaxınlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button