
“Barselona” Firminonun transferindən vaz keçib
“Barselona” “Liverpul”un hücumçusu Roberto Firminonu futbolçunun maliyyə tələblərinə görə azad agent kimi transfer etməkdən imtina edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu daha çox büdcə variantları axtaracaq.
Daha əvvəl braziliyalı forvardın “Barselona” ilə müqavilənin şərtlərini razılaşdırdığı bildirilirdi.
Firmino 2015-ci ilin yayından “Liverpul”da çıxış edir. Onun klubla hazırkı müqaviləsi bu ilin iyununda başa çatır.
O, bu mövsüm bütün turnirlərdə 33 oyuna çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin