“Barselona” finalda “Real”a rəqib oldu
İspaniya superkubokunda ikinci yarımfinal görüşü baş tutub.
Komanda.az xəbər verir ki, ikinci oyunda “Betis” və “Barselona” komandaları qarşılaşıblar.
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində baş tutan oyunun əsas vaxtında qalib müəyyənləşməyib – 1:1. Tərəflər əlavə vaxtda da qalibi müəyyənləşdirə bilmədiyinə görə penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Barselona” finala vəsiqə qazanıb.
Daha öncə Madrid “Real”ı “Valensiya” üzərində qələbə ilə finala yüksəlmişdi. Beləliklə, yanvarın 15-də baş tutacaq həlledici matçda “Real” və “Barselona” qarşılaşacaqlar.
İspaniya superkuboku
Yarımfinal
11 yanvar
Real – Valensiya 1:1 (penaltilər 4:3)
Qol: Benzema, 39-pen – S.Lino, 46.
12 yanvar
Betis – Barselona 2:2 (penaltilər 2:4)
Qol: Fekir, 77. Moron, 101 – Levandovski, 40. Fati, 93.
Bizi Facebook-da izləyin