“Barselona” Fatini itirdi
İspaniyanın “Barselona” klubunun futbolçusu Ansu Fati zədələnib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 17 yaşlı futbolçu dizindən zədələnib. Onun sağalacağı vaxt açıqlanmayıb. Lakin bildirilir ki, komandanın baş məşqçisi Kike Setyen iki aydır məşq etməyən futbolçunu riskə atmaq istəmir və ancaq Fati tam sağaldıqdan sonra komanda ilə məşqlərə başlamasına icazə verəcək.
Fati cari mövsümdə iştirak etdiyi 24 oyunda 5 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin