Fati üçün Səudiyyə Ərəbistanı variantı

“Barselona”nın vingeri Ansu Fati yay transfer pəncərəsində klubu tərk edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı hücumçunun karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək ehtimalı var.

Daha əvvəl “Barselona”nın baş məşqçisi Hans-Diter Flik Fatiyə güvənmədiyini və onu qışda buraxmağa hazır olduğunu, lakin futbolçunun klubda qalmağa qərar verdiyini etiraf edib.

22 yaşlı futbolçu bu mövsüm bütün yarışlarda 8 matçda iştirak edib və qol vurmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button