“Barselona” Fati ilə bağlı qərar verəcək
“Barselona” daha çox oyun praktikası əldə etmək üçün hücumçu Ansu Fatini icarəyə vermək istəyir.
Komanda.az xəbər verir ki, bu barədə “sport.es” saytı məlumat yayıb.
“Barselona”nın rəhbərliyi noyabra kimi gözləmək qərarına gəlib və bundan sonra bu məsələ ilə bağlı yekun qərar verəcəklər. Fati özü komandadakı mövqeyindən narazıdır və daha çox oynamaq istəyir.
İspaniyalı vinger 2024/25 mövsümündə “Barselona”nın heyətində iki matçda qol vurmadan iştirak edib. 21 yaşlı forvardın klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına kimi hesablanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin