“Barselona”dan “Espanyol”a təbrik

“Barselona” “Espanyol”un İspaniya futbolunun elit divizionuna daxil olmasına reaksiya verib.

Komanda.az “Barsa”nın mətbuat xidmətinə istinadən xəbər verir ki, klub bununla bağlı xüsusi yazı dərc edib:

“Espanyol”u La Liqaya qayıtması münasibətilə təbrik edirik. Yeni mövsümdə görüşənədək”.

“Espanyol” pley-offda “Ovyedo”nu məğlub edərək, elitaya vəsiqə qazanıb. Komanda aşağı liqaya düşdükdən bir il sonra La Liqaya qayıdıb.

“Barselona” İspaniya çempionatının son mövsümünü 2-ci pillədə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button