“Qranada” evdə, “Vilyarreal” səfərdə qələbə qazandı
İspaniya La Liqasında 19-cu tura yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Turun açılış matçında “Valyadolid” “Leqanes”lə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu qarşılaşmada qalib müəyyənləşməyib. “Sevilya” isə “Atletik”i qəbul edib. Bu oyun da heç-heçə yekunlaşıb.
Lider “Barselona” bu turda səfərdə “Espanyol”u sınağa çəkib. Dörd qolun qeydə alındığı Kataloniya derbisində qalib müəyyənləşməyib. “Real” isə “Xetafe”nin qonağı olub. Paytaxt klubu bu görüşdə darmadağına sevinib. Madridin digər təmsilçisi “Atletiko” 19-cu tur çərçivəsində doğma azarkeşləri qarşısında “Levante”ylə qarşılaşıb və qələbə qazanıb. “Valensiya” da “Eybar”ı məğlub yola salıb.
İspaniya La Liqası, 19-cu tur
3 yanvar
Valyadolid – Leqanes 2:2
Qol: E.Ünal, 8; 79 – Breytveyt, 4. Mesa, 13.
Sevilya – Atletik 1:1
Qol: Nunes, 60-öz qapısına – Kapa, 15.
4 yanvar
Valensiya – Eybar 1:0
Qol: M.Qomes, 27.
Xetafe – Real 0:3
Qol: Varan, 34; 53. Modriç, 90+6.
Atletiko – Levante 2:1
Qol: Korrea, 13. Felipe, 18 – Rocer, 16.
Espanyol – Barselona 2:2
Qol: D.Lopes, 23. V.Ley, 88 – L.Suares, 50. Vidal, 59.
5 yanvar
Qranada – Malyorka 1:0
Qol: Montoro, 24.
Real Sosyedad – Vilyarreal 1:2
Qol: V.Xose, 22 – Triqueros, 58-pen. S.Kasorla, 72.
Alaves – Betis 1:1
Qol: Vidal, 14 – Emerson, 55.
Selta – Osasuna 1:1
Qol: Mina, 75 – Avila, 83.
Bombardir: Lionel Messi (Barselona) – 13 qol.
Bizi Facebook-da izləyin