Qərar verildi: “Barselona” “Real”la matça baş məşqçisiz çıxacaq

“Barselona”nın baş məşqçisi Hans-Diter Flikin diskvalifikasiyası qüvvədə saxlanılıb.

Almaniyalı mütəxəssis “Jirona” (2:1) ilə oyunda hakim qərarlarına etiraz etdiyi üçün iki sarı vərəqə almışdı və klub onun cəzasını ləğv etdirmək üçün apellyasiya şikayəti vermişdi.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya Futbol Federasiyasının İntizam Komitəsi kataloniyalıların müraciətini rədd edib:

“Apellyasiya əsasında verilmiş iki sarı vərəqənin ləğv edilməsi tələbi rədd edildi. Beləliklə, Hans-Diter Flikin diskvalifikasiyası – bir oyunluq cəza qüvvədə qalır”.

Bu qərara əsasən, Flik oktyabrın 26-da “Real”la keçiriləcək oyunu buraxacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button