“Barselona” elə klubdur ki, burada həmişəlik qalmaq istəyirəm” – Pedri
“Barselona”nın yarımmüdafiəçisi Pedri klubdakı gələcəyi ilə bağlı sualı cavablandırıb.
Komanda.az “Barcelona Noticias”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu “Barselona”da həmişəlik qalmaq istədiyini deyib:
“Mən dəfələrlə demişəm ki, “Barselona” elə bir klubdur ki, burada həmişəlik qalmaq istəyirəm”.
22 yaşlı yarımmüdafiəçi ilə “Barselona” arasında hazırkı müqavilə 2026-cı ilin ortalarına qədər qüvvədədir. Pedri cari mövsümdə “Barselona”nın heyətində 19 oyunda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Hans-Diter Flikin rəhbərlik etdiyi komanda La Liqada 14 matçdan sonra turnir cədvəlində birinci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin